Hidayətqızı S.
Elçinin istedadı onun ailəsindən gəlir
“Axı o, görkəmli rejissor Mehdi Məmmədovla
tanınmış aktrisa Barat Şəklnskayanın oğludur”
Buı günlərdə Teatr
.Xadimləri İttifaqında ənənəyə uyğıın
olaraq vaxtsız dünyasını dəyişmiş
əməkdar incəsənət xadimi Elçin Mdmmədovun
60 illik yubileyinə həsr olunmuş xatirə gecəsi
keçirilib. Mərhum sənətkar müxtəlif vaxtlarda
Azərbaycan Rdssamlar İttifaqının istehsalat kombinatında,
"Vışka" qəzetində rəssam, Musiqili Komediya,
Opera və Balet Teatrlarında, 1989-cu ildə isə Akademik
Milli Dram Teatrında baş rassam işləyib. Rəssamın
Bakının və Moskvanın Dövlət
Muzeylərində əsərləri var. Respublika
nəşriyyatmda çap olunan 100-dən çox kitaba
bədii tərtibat verib. Elçin Məmmədovun uğurlu
rəssamlıq fəatiyyəti ilə yanaşı, həm də
"Dədə Qorqud", "Yeddi oğul istdrəm",
"Dantenin yubıleyi", "Çəti-rimiz
bulualardı" bədii filmlərində Mirpaşa, Qaraca
Çoban, Səyavuş, Məlik kimi maraqlı və yadda
qalan obrazlar yaradıb. Maşhur teatr rəssamı "İblis"
tamaşasına verdiyi tərtibata görə Respublika Dövlət
mükafatına layiq görülüb.
Tədbiri giriş sözü
ilə Teatr Xadimləri İttifaqmm sədri, Azərpaşa
Nemətov açaraq bildirdi ki, bu günkü
görüşdə lider yoxdur. Bu gün onu bir ailə kimi
yad edəcək və onunla bağlı həmin anları yaşayacağıq.
"Yuq" Teatnnın bədii rəhbəri
Vaqif İbrahimoğlu
Elçinin çox sadə və
təvazökar bir sənətçi olduğunu qeyd
edərək bildirdi ki, "özü sağ olsaydı
heç vaxt onun barəsində belə pafoslu sözlerin
deyilməsinə razı olmazdı. Amma
verilən bu dəyərlər Elçinə
lazım olmasa da, bizə lazımdı.
Elçin maraq dairəsi geniş olan intibah xarakterli insan
idi.
Necə ki, var olanda bizi
sevindirirdi, indi də ruhu istəyir
ki, buradan sevinc aparaq".
Fərhad Xəlilov,
Rəssamlar
İttifaqının sədri:
- Elçinə məhəbbət təkcə
Azərbaycanda deyil, çox-çox uzaqlarda da yaşayır. Onun izi ister insanların
qəlbində, istər
sənətdə, istərsə
də fəlsəfədə
görünür. Azərbaycan xalqı
ona görə xoşbəxtdir ki, onun Elçin kimi şəxsiyyətləri
var. Fəxr edirik ki, doğrudan da, o həyatını axıra qədər dolu yaşayıb və bizə bağışlayaraq gedib.
Ruhəngiz Qasımova,
bəstəkar:
Elçin həyata sıçrayışla
daxil olub, o həyatı sıçrayışla
da tərk etdi. Elçin mənə bir
neçə zərbə
vurub. Birincisi, onunla yaradıcı
birliyimiz sayəsində
mənim mahnılar toplumun diski çıxdı. Və bu,
birinci və sonuncu oldu. İkincisi isə...
Yaradıcılıq günlərinin
birində Elçin məndən xəngəl
bişirməyi xahiş
etdi, yeyib-içəndən
sonra bir şəkil çəkdirməyi
təklif etdim və dedim ki,
ölüm-itim dünyasıdır,
qoy yadigar qalsın. Bunu deyəndə özümü
nəzərdə tuturdum.
Amma Elçin getdi, mən qaldım, Neçə illərdir mən Elçinsiz xəngəl bişirməmişəm, disk də
buraxmamışam...(Ruhəngiz xanım kövrəlir)
Oqtay Mirqasımov, kinorejissor:
- Bayaq bir qız məndən
Elçinin mənfı
keyfıyyətlərini soruşdu,
Yadıma sala bilmədim. Bayaqdan hey fıkirləşirəm yenə yadıma sala bilmirəm. Axı hər bir insanın
həm mənfı, həm də müsbət keyfıyyətləri
olur. Onun sobadan çörəyi
yağ-soğanla sıyınb
dadlı-dadlı yeməyində
də bir estetika vardı, maşını məharətlə
sürməyində də,
o qədər dolu bədənli olduğu halda rəqs etməyin-də də ... Kinoda birlikdə işləmişik. İnsan hardasa
vətən məhəbbəti
ilə, təbiət gözəlliyi və sairlə ruhlanar, amma mən miqyaslı
anlayışı üstün
götürüb Elçin
kimi bir oğulla eyni vətənin övladı
oduğumdan ruhlanır
və fərəh duyuram. Bəzən onun vaxtsız
vəfatına təəssüflənir
və kədərlənirəm.
Amma onun kədəri də adama əziyyət
vermir. Çünki bu, işıqlı
kədərdir.
Məryəm Əlizadə,
sənətşünas:
- İstənilən
məsələyə paradoksal
münasibəti, çox
geniş zəkası
vardı. Bizim bu günkü
görüşümüzün başlanğıcında onu
renenans adlandırdılar.
Məhz bu keyfiyyəti Elçinə imkan verirdi ki, səhnə
həyatında dəyişikliklər
yarada bilsin. Elçinin səhnəqrafıyasında hazırlanan
hər hansı bir tamaşa olduğundan da yüksək dəyərləndirilirdi.
Bütün bunlar Elçinin
bir sənətkar kimi böyüklüyü
və eyni zamanda bir sənətkar
kimi tolerantlığı
nəticəsində baş
verirdi.
Elçin
son illərdə
Mehdi müəllimlə - yəni atası ilə işləməyə başladı.
Mehdi müəllim Azərbaycan
teatrının görkəmli
rejissoru və teatr estetikasına sadiq blan bir
teatrşünas idi.
Bu monumental, simvolik və sair istiqamətlərdə
gedən rejissura Elçini sehnəqrafıya
müstəvisinə gətirib
çıxartdı. Etiraf edək
ki, Elçin bunu elədi və məhz bundan sonra "İblis", "Dəli
yığıncağı" meydana gəldi. "Dəli yığıncağı"nda
Mehdi müəllimin özünün rejissor üslubunda bir inqilabi dəyişiklik yarandı, Elçinin funksional səhnəqrafiyasının
verdiyi təkanlardan öz istiqamətini götürdü. Elçinin tolerantlığı,
Elçinin bir insan kimi parlaqlığı
"İblis" tamaşasında
özünü göstərdi.
Mən istəyirəm ki, Elçindən bu örnəyi, bu tolerantlığı da götürək və öyrənək.
Elçinin istedadının miqyasından biz bu gün hamımız danışdıq. Onun şəxsiyyətinin də miqyası onun istedadının miqyası ilə üst-üstə düşürdü. Bu gün burada Elçini zirvəyə aparan yolda Nazim Vəlkişiyevin onunla yanaşı getdiyi qeyd olundu. Amma belə hesab edirəm ki, Azərbaycan Teatrının görkəmli rejissoru Azərpaşa ilə Elçinin işbirliyi teatr tariximizin qızıl fonduna düşən parçaların yaranmasına səbəb oldu. Bu şeylər bizə örnək olmalıdır.
Elçindən yalnız teatr rəssamı kimi danışmaqmı olar? Yox. Deyirik Elçin görkəmli teatr rəssamıdır, yadımıza düşür Elçin həm də gözəl insan, həm də gözəl dost, həm istedadlı aktyor, həm zarafatcıl, həm də müdrik şəxsiyyətdir. Bu söhbəti istənilən qədər uzatmaq olar. Elçin çox az yaşadı, amma az ömründə sübut elədi ki, teatr rəssamı da teatr rejissoru, teatr aktyoru kimi səhnə xadimi, səhnə sənətkarıdır. Nə qədər ki, istedadlı səhnə adamları var, nə qədər ki, Azərbaycan tamaşaçısı var, Elçin yaşayacaq.
Novella xanımın "Elçində hamını özünə çəkə biləcək bir maqnitin" olduğunu qeyd etməsini hamı təsdiqlədi. Rəssam və aktyor dostları isə onun incə yumor hissindən, şəxsiyyətindən xatirələr danışdılar. Çıxışçılar Elçinin istedadının onun ailəsindən gəldiyini vurğuladılar. Axı o, görkəmli rejissor Mehdi Məmmədovla tanınmış aktrisa Barat Şəkinskayanm oğludur...
Tədbirin sonunda iştirakçılar Elçinin ailəsi ilə birlikdə foto çəkdirib yemək süfrəsinə dəvət olundular.
Yaddaş.- 2006.- 10 iyun.- S. 4.